"Qarğış yağdırmamaq üçün özümü güclə saxlayıram"

Xalq artisti Flora Kərimova son günlər yaşanan hadisələrdən yazıb. 
"Sherg.az" xəbər verir ki, o, bunları söyləyib:
"İnsan var özünü qurban edir, insan da var özünə qurban axtarır. Sizin insanlığınızı, mərhəmətiniz haradadır? Biri beş yaşlı uşağın dilini kəsir, üzərində siqaret söndürür. Kimsiniz, nəsiniz siz?! Ölümünüzə qədər lənətlənmişlərsiniz. Digəri də pişiyin ayağını kəsir. Birinci, ikinci deyil, deyəsən bu gedişlə sonuncu da olmayacaq. Bu günah çiyinlərində balana necə çörək aparıb yedizdirə bilirsən? Etdiyin vəhşiliyi tanrı bağışlamayacaqmı? Mən deyəndə allah yalnız bağışlayan deyil, cahillər sözümü min yerə yozdular. Allah-ın hakəm, ədl, qadir, müntəqim isimləri də var. Mütləqisahib bağışlayacaqmı bu zilləti? Yaradan yaratdıqlarına, bunu rəva bilənlərə rəhm edəcəkmi? Cəhənnəmi də bu humanizimdən uzaq mürvətsizlər üçün yaradıb və çoxdan qalayıb. Qarğamağı sevmirəm, amma qarğış yağdırmamaq üçün özümü güclə saxlayıram".