Pərvin-Səbinə qalmaqalı:"Türkiyədə ərə getdin, nə etdinsə, günahı öz boynuna"

Aktrisa Pərvin Abıyeva ilə mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə arasında qalmaqal yaşanıb. Buna səbəb P.Abıyevanın "Onun sirri" proqramında Ş.Zəkizadənin bir vaxt onu sevdiyini söyləməsi olub. Hətta Pərvin Şahinin "Ölsəm bağışla" şeirini ona həsr etdiyini bildirib. 
S.Zəkizadə açıqlama verərək P.Abıyevanın yalan danışdığını iddia edib. 
Pərvindən S.Zəkizadəyə cavab gecikməyib.
"Sherg.az"ın məlumatına görə, o, sosial şəbəkədə səhifələrdən birində bu rəyi yazıb:
"Səbinəni uzun illərdir görmürəm, amma özü də gözəl bilir ki, məndə sübutlar, yazışmalar, onun etirafları var. Ay Səbinə, səncə reklama ehtiyac duyuram? Şahin ölən kimi Türkiyəyə üz tutdun, itdin, ərə getdin, nə etdinsə, günahı öz boynuna. Bilinmir haralardasan. Şahinlə səni mən tanış etdim, evləndirdim. Sırf sən ailə qurmaq istədiyin üçün. "Şahinin adı ilə özünü reklam edir", deyib məni qıcıqlandırma. Bu günə qədər  kimsə soruşmadı, haradasa danışmadım. Dost-tanışlar da şahiddir. Məncə, bu söhbəti uzatma. O 500 manatı özüm üçün qazanmadım. Sənə həm toyunda, həm Şahinin xəstəliyində, həm də onun ölümündən sonra  dəstək olduğum kimi yardım etdim. Bunu ən gözəl sən anlamalısan. Hələ açıqlama verməyin artıq idi. Heç olmasa verilişə sona qədər baxardın".