Damladan şou əhlinə "ağıl dərsi":  "Efirdə şirə dönürük..."

Müğənni Damla “Onda görüşək” verilişində bir sıra açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, o, bunları söyləyib:
“Məni təhqir edənlər,  eyni zamanda pərəstişkarlarımı təhqir edirlər.  Bir müğənninin bəsit ifasını, sıradan aranjmanını, səhnəyə yaraşmayan geyimini tənqid etmərəm. On-on beş il sonra insanın şərəf və ləyaqətinə toxunmadan, onu alçatmadan, incitmədən fikir bildirərəm. Qırıcı olmaram. Çünki hər kəsin ailəsi, övladı, valideynləri var. Məsələn, bir xəbər çıxanda, anama görə narahat oluram ki, təzyiqi qalxacaq. Bununla yanaşı məktəbə gedən uşaqlarımız var. Onun sinif yoldaşları niyə söyləsinlər ki, anana-atana bu sözü dedilər?!Biz şou nümayəndələri hər problemi, sıxıntını ekranda "qusuruq". Efirdə şirə dönürük, bir-birimizi alçaldırıq. 
Anlaya bilmirəm. Kiminləsə problemimiz varsa, zəng edib aydınlaşdıra bilərik, bəlkə nəyisə səhv başa düşüb. Biz Ayda yaşamırıq. Bir-birimizdə telefon nömrələrimiz  mövcuddur”.