Mətanətin keçmiş gəlini sükutu pozdu:"Uşaqları itə dişlədib, gizlətdilər"

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana yenə səssiz qalmayıb. O, növbəti dəfə ailə məsələrindən yazıb. 
"Sherg.az" xəbər verir ki, Canana bunları söyləyib:
"Övladlarım canım, nəfəsimdir. Onların sağlamlığı, gələcəyi və stressiz yaşamaları üçün əlimdən gələni etdim, edirəm də. Bu görüntüləri dünən icrada onların məndən alınma qərarını və kimi seçəcəklərini gözləyərkən çəkdim. Moskvadan qayıdan gündən uşaqları apardılar, itə dişlətdilər, bunu gizli saxladılar. Uşaqları özləri ilə toylara aparıb rejimlərini korladılar. Hər birinin başını oyuncaqla, gəzinti ilə döndərdilər. Analara müraciət edirəm, sizcə, biz qadınlar haqqımız olanı dövlətimizdən istəməliyik, yoxsa necə? Böyük oğlum, Tuncayım arxa dayağım, hər zaman məni müdafiə edən balamı belə 2 günə döndərdilər. Dedi, onları seçdim, çünki velosiped alacaqlar, Antalyaya aparacaqlar, öz otağım olacaq. Bu mənim üçün o qədər ağır zərbə oldu ki... Yəni dünya malı bu qədərmi dəyərlidir?! Allahdan istəyirəm mənə güc versin və haqq öz yolunu tapsın".
Qeyd edək ki, Canana sənətçinin oğlu Kərimdən qalmaqallı şəkildə ayrılıb. O, Kərimin uşaqlara fiziki şiddət göstərdiyini və onlara maddi yardım etmədiyini iddia edib.