Rəqsanə küsülü olduğu prodüserə başsağlığı verdi:"...Ayaqda durmalısan"

Prodüser Təranə Səmədovanın anası İradə xanım dünyasını dəyişib. Onun uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkdiyi söylənilib.
T.Səmədovanın dostları sosial şəbəkələr vasitəsilə ona baş sağlığı verib. Lakin müğənni Rəqsanə İsmayılovanın paylaşımı diqqət çəkib.
Bir vaxt prodüserlə qalmaqal yaşayan ifaçı onun anası ilə bağlı paylaşım edib.
“Sherg.az” xəbər verir ki, R.İsmaylova İnstaqram hesabında bu sözləri yazıb:

“Həyatda övlad üçün yeganə əziz varlıq valideyndir.  Deyirlər, uşaq atadan yox, anadan yetim qalır. Təranə ilə  münasibətim olmasa da, İradə xalanı  çox istəyirdim. Ondan heç zaman inciməmişəm. Çox yaxşı insan idi. Bilmirəm, nədən başlayım, sözüm nədə qurtarsın, donmuşam. Allah rəhmət etsin. İradə xala, məkanın cənnət olsun.

Təranəylə aramızda nə baş versə də,  İradə xalaya, qızı Suelə toxunmadım. Onların adını hallandırmadım. Kiməsə sözüm varsa, özü haqda deyirəm. Baxmayaraq ki, Təranə həmişə mənim ailəmdən başlayıb. Köhnə məsələlərə qayıtmıram. 

Allah Təranəyə səbr, dözüm versin. İradə xalanın həyatda olmamağı çox çətin olacaq. Sueldən başqa heç kimi yox idi. İradə xala onun arxa-dayağı idi. Mökəm ol, həyatla barışıb övladını böyütməlisən. Bu həyatda başın nələr çəkmədi... Suel üçün ayaqda durmalısan”.

Qeyd edək ki, T.Səmədova ilə R.İsmaylova bir vaxt birlikdə çalışıblar. Amma onlar qalmaqallı şəkildə ayrılıblar. Hətta T.Səmədova  həbs olunanada R.İsmaylova onun özünə və ailəsinə etdiklərini açıqlayıb. Prodüserin qızı Aysun İsmaylovanın adına profil açıb, ona qarşı müxtəlif pisliklər etdiyini söyləyib.