Vüsalə Əlizadə “Bu da son!" dedi

Bir neçə gün öncə xalq artisti Səməd Səmədov koronadan dünyasını dəyişib. Bu qəfil ölüm hadisəsi şou aləmini dərindən sarsıb, hamı sosial şəbəkələrdə üzüntüsünü dilə gətirib.
“Sherg.az” xəbər verir ki, aparıcı Vüsalə Əlizadə də S.Səmədovla bağlı paylaşım edib. O, İnstaqram hesabında bunları yazıb:
“Bu da son! Niyə canınıza baxmadınız? Kaş böyrək çatışmazlığından əziyyət çəkdiyinizi bilərdim. Səməd Səmədov çox mədəni, alicənab,  pozitiv insan idi. İnanmaq istəmirəm, ona görə də “yalandır” deyəcəklər düşüncəsi ilə gözlədim, Sənət, səhnə üçün doğulmuşdu. Çox heyif, çox... Budur həyat. Son dəfə aparıcısı olduğum verilişə qonaq gəldi.  Nələr danışdıq, nələr arzuladıq. Demə, fələk bizə baxıb xımır-xımır gülürmüş ki, siz saydığınızı, sayın.  Ona görə deyirəm, bu həyatda, hər şeydən öncə sağlıq gəlir. Sağlamlığınızın qayğısına qalın, dostlar. Allah rəhmət etsin”.