Namiq:“Telefonumun enerjisi xanımların zəngindən bitdi"

Meyxanaçı Namiq Qaraçuxurlu “Özəl” proqramında qonaq olub. O, həyatı və sənəti ilə bağlı danışıb.
“Sherg.az” xəbər verir ki, sənətçi tanınmasında xarici görkəminin də mühüm rol oynadığını xüsusi vurğulayıb:
“Telefonumun enerjisi xanımların çoxsaylı zəngindən bitdi. O vaxta qədər də tamaşaçı sevgisi görmüşdüm, toylara gedirdim, orada bəyənilirdim. Yenə də zənglər gəlirdi. Kimsə öz sevgisini etiraf edirdi.

Tanınandan  sonra daha da kütləvi oldu. Xarici görünüşümdən qaynaqlanırdı. Yaradıcılıq zəncirvari olmalıdır. Bunlar hamısı bir-birilə əlaqəlidir”.

N.Qaraçuxurlu həmçinin “Sən mənim nəfəsimsən” mahnısının yaranma tarixindən də söz açıb:

“Jurnalistlər soruşanda deyirəm, yazdım da. Amma indi danışa bilərəm. Həyatımın çətin anlarında , içimdə daşıdığım yükə şərik olacaq bir adam idi. Mənim də içimdən gəldi yazdım. Həmin mahnının üzərində  zərgər kimi işləmişəm. Bayatı-şiraz muğamının üstündə yazılıb. Sonradan bəstəkarlar, musiqiçilər bu mahnı haqda gözəl  sözlər dedilər. Mənim üçün də yenilik idi.  Bu günə qədər də sevilir”.