Nadir: "Stressdən çıxmaq üçün Moskvaya üz tutdum" 

Müğənni Nadir Qafarzadə “Xəbər-ətər” proqramında qonaq oalrkən pandemiya dövründə yaşadığı sıxıntılardan danışıb.
“Sherg.az” xəbər verir ki, o, depresiyaya düşdüyünü söyləyib:
“Ruhum ac idi. Mədəni bir parça qara çörək və pendirlə doyurmaq olur. Bu, mədə niyyətidir. Bir də  var, mədəniyyət. Baxın, mən mədəniyyət, incəsənət , səhnə üçün acmışdım. Depressiyaya düşdüm. Yoxsa, ac deyildim, məndə olmasa da, ya səndən, ya Ayandan istəyəcəkdim. Stressdən  çıxmaq üçün Moskvaya üz tutdum. Dedim, heç olmasa üzüm gülsün. Qaranlıqdan aydınlığa çıxmaq istəyirdim. Həmin ərəfədə şou-biznes  nümayəndələri də Moskvaya getdilər. Hər şeyi də ucuzlaşdırıb, bayağılaşdırdılar”.