Soyuözdən Afətə DƏSTƏK:""Pəncü-şeş”lə gündəm yaratdı"

Müğənni Lətifə Soyuöz “ATV Maqazin onlarla” verilişinin “33 sual” proqramında qonaq olarkən bir neçə həmkarından danışıb. Onların sırasında Afət Fərmanqızı da olub.
“Sherg.az” xəbər verir ki, L.Soyuözdən A.Fərmanqızının yaradıcılığı soruşulub. O, isə sənətçinin  “Pəncü-şeş” mahnısını bildiyini söyləyib:
“Onun  mahnısını bilməyən insan yoxdur. Həqiqətdir ki, bu mahnılarla gündəm yaradırlar.  Haqsızlıq etmək istəmirəm. “Tərzim deyil, konservatoriya bitirmişəm, bilmirəm” deyə bilərdim.

O mahnı ilə gündəm yaratdı, öz ruzisini aldı. Çox gənc yaşlarında populyarlıq qazanmadı. Onun illər əvvəlki çıxışını izlədim. Təəccübləndim.

Repertuarını dinlədim, Eldar Mansurovdan oxuyurdu. Özü də dedi ki, bunlardan pul qazana bilmirəm, beləliklə çıxış yolu tapdı. Uğurlar arzu edirəm. Efirdə şikayət etmədi, kimisə qınamadı, “niyə siz qazanırsınız?” demədi. Altı-yeddi saat ayaq üstə dayanıb, toyda oxuyur, pulunu qazanır.

Hansı maşını sürür-sürsün onu Allah verib.
Şöhrəti illər sonra əldə etdi. Tanrı qismətini belə yazıbsa, biz necə deyə bilərik ki, niyə onda var?  Həyat yoldaşından ayrılıb, bir oğul anasıdır. O da onun uşağının ruzisidir”.