Nura Covid pasportundan danışdı:“Hər kəsə nəzarət olunacaq”

Müğənni Nura Suri Feysbuk profilində zaman-zaman cəmiyyəti narahat edən məsələlərə, problemlərə münasibət bildirir. 
“Sherg.az” xəbər verir ki, o, növbəti dəfə mövcud durumdan yazıb. N.Suri statusunda bu sözləri qeyd edib:
“Görünən budur ki, bir müddət sonra hamı hər yerə-ticarət mərkəzlərinə, restoranlara, kino-teatrlara Covid-19 pasportu ilə gedə biləcək.
Beləcə hər kəsə tam və rahat nəzarət olunacaq. Terrorizm sıfıra enəcək, oğurluq və başqa cinayət hallarının sayı azalacaq (bircə yaxşı olan hal budur ancaq-N.S).
Zatən mobil telefonlar da nəzarətdədir. Nəinki həyatımız, beynimiz də nəzarət altındadır.

Əvvəllər  bunları yalnız Hollivud filmlərində görürdük. İllər öncə Uill Smitin çəkildiyi bir film yadıma düşdü - “Враг государства". 1998-ci ilin filmidir. Vaxtınız olanda baxın. Sonra isə Snovdenin açıqlamaları (əgər məlumatsınızsa, hətta filmi də var izləyə bilərsiniz-N.S).  Yazılan kitablar, çəkilən filmlər gerçəkləşir, artıq başqa bir dünyada yaşayırıq.
“Black Mirror” serialında gördüklərimiz də yavaş-yavaş reallaşır.  Sonra da deyirsiniz həyat filmlərdəki kimi olmur. Olur!”.