Nahidə: "“Sevirəm” deyəndə, o dəqiqə kişi fikirləşirlər"

Əməkdar artist Nahidə Orucova “Söz Baz” verilişində qonaq olub. O, həyatı və sənəti ilə bağlı bir sıra açıqlamalar verib.
“Sherg.az” ın məlumatına görə, aktrisa həyatı haqda bunları söyləyib:
“Məni sevənlərin sayı çox olub. Çalışmışam, bu tərəfi fikirləşməyim. Özümə uyğun olanı tapa bilmədim. Düşündüm ki, belə olmasındansa, olmamağı yaxşıdır. Övladım, evim, ailəm, sevənlərim var.  İnsan sevib-seviləndə yaşayır. Həyatı, insanları sevirəm. “Sevirəm” deyəndə, o dəqiqə kişi fikirləşirlər. Niyə belə düşünürlər? Bəs insanları, təbiəti, həyatı sevmək azdır?”