Tolik efir üçün müğənnilərdən pul alıb?- "...3 ədəd 200 manatlıq" 

Prodüser, aparıcı Tarix Əliyev ( Tolik) “ZiqZaq” proqramındakı açıqlamaları ilə diqqət çəkib.
“Sherg.az”ın məlumatına görə, o sözügedən verilişdə bunları söyləyib:
“Bir dəfə Vəfa Şərifova proqramıma qonaq gəldi. Dilbər dedi ki, Vəfa sənə hədiyyə ala bilməyib, 3 ədəd 200 manatlıq gətirib. Söyləyib ki, eşitmişəm, Tolik bunları yığır. Dedim, mən milyonerəm? Bunları heç vaxt gizlətmirəm. Müğənnidən hədiyyə almaq olar. Amma pul alanda dilin müğənninin yanında gödək olur. Verilişi o idarə edir, sən yox. Çalışmışam ki, hansısa müğənnidən o mənada pul almayım”.