Rüfət “Qəlb evimdən çıxdı getdi”ni kimə həsr edib? - Açıqlama

Müğənni Rüfət Axundov növbəti açıqlaması ilə diqqət çəkib. O, “Səhər-səhər” verilişinin qonağı olub.
“Sherg.az” xəbər verir ki, sənətçi bir vaxt mahnısını həsr etdiyi insanların olduğunu söyləyib:
“Unuda bilmədiyim adamlar, illər var. Mahnılar səslənəndə xatırlayıram. Adlarını çəkməyəcəm. Amma sırf kimisə nəzərdə tutub oxuduğum mahnılarım olub.  Bir neçə belə ifam var, məsələn “Qəlb evimdən çıxdı getdi”.  Fikirləşirəm ki, həmin dövrdə xüsusi olaraq kiməsə oxunub. Hər mahnının öz dövrü, tarixi olur”.