Zümrüd ilk sevgilisindən danışdı:"...Qorxulu insana çevrildi"

Aparıcı Zümrüd Bədəlova ilk sevgilisindən danışıb. O, “Onun sirri” proqramında keçmişdə yaşadığı olylardan söz açıb.
“Sherg.az” xəbər verir ki, Z.Bədəlova eks sevgilisi tərəfindən təhdid edildiyini söyləyib:
“Başıma başqa işlər gəldi. Məcburən çalışmağa başladım. Mən məktəbli olanda o, ölkədən getdi. Qayıdanda tanınmış aparıcı idim. Onun ailəsi, atası məni istəmədilər. Söylədim ki, istənilmədiyim bir yerə getmərəm, həm sən də uzun  müddətdir yoxsan, münasibətimiz həminki kimi deyil. Yenə də şans verməyə çalışdım, olmadı. O yaşantısını, yolunu dəyişib, pis vərdişlərə aludə oldu. Ondan uzaqlaşdım. Yalanları, və sair məsələlər də var idi, üstünü açmaq istəmədim. Çox qorxulu insana çevrildi. Artıq həmin şəxsdən qorxmağa başladım. Gördüm ki, o nədənsə çəkinmir. Yanımda kimi görsə, zərər yetirirdi. İş yoldaşlarım, həmkarlarım məni evə qədər aparırdılar.  Polisə müraciət etmişdim. Birdən başqasına ərə gedərsən, yanında kimisə görərəm deyib, təhdid edirdi. Ölümlə hədələyirdi. Söyləyirdi ki, mənim olmayacaqsansa, heç kimin olmayacaqsan”.