"Nadir Qafarzadə dedi ki, səviyyəsiz mahnı oxu, səni söysünlər"

Gənc müğənni Paşa Abdulla “Bazar düzü” verilişində həmkarı Nadir Qafarzadə haqda maraqlı açıqlama verib.
“Sherg.az”ın məlumatına görə, o, sənətçi ilə bir xatirəsindən danışıb:
“İlk mahnımı hazırlayanda düşündüm-daşındım, sözlərini dəyişdim ki, belə başlayım. N.Qafarzadə eşidəndə dedi ki, adə, o nə mahnıdır oxumusan?!  Qayıtdım ki, niyə, nə olub? Pisdir? Məsafəni qoruyaraq söylədim ki, bəyənmədiniz? Dedi, səviyyəsiz mahnı oxu, səni rəylərdə söysünlər. Onda mahnı tutacaq. Çəkinmədən söyləyirəm, bu söhbət olub. Amma qınamıram. Çünki vəziyyət doğrudan da belədir”.