Tanınmışlardan örnək addım: "Qardaşımadəstək" etiketi ilə "challenge"...

Azərbaycanlı tanınmışlar örnək addım atıblar. Onlar Türkiyədə davam edə yanğınlarla bağlı qardaş ölkəyə dəstək olublar. 
"Sherg.az" xəbər verir ki, sənətçilər sosial şəbəkələrdə aksiya başladıblar. "Qardaşımadəstək" etiketi ilə "challenge" ediblər. Estafeti bir-birlərinə ötürərək  Türkiyəyə hərəyə 100 ağac fidanı bağışlayıblar. Bu kompaniyaya Murad Arif, Tünzalə Ağayeva, Zamiq Hüseynov kimi müğənnilər qoşulub.