Dado:"Natavana sevgim qalmayıb" - Ayrılıblar?                            

Reper Dado müğənni Natavan Həbibi ilə boşanması haqda açıqlama verib.
“Sherg.az”ın məlumatına görə, o bu barədə “Abşeron maqazin” verilişində danışıb və bunları deyib:
“Uşağı gedib görürəm. O da get-gedə daha az-az ziyarət edirəm. Natavanla əlaqəli deyil. Elə problemdir ki, onu danışmaq kişiliyə yaraşmaz. Xeyirlisi beləymiş. Buna problem kimi baxmıram.

Oğlumun dünyaya gəlməsi, atamı-anamı nənə-baba etməyim mənim üçün bəsdir. Natavana bir kinim yoxdur.  O xanım mənə pislik etməyib. Uzun  müddət uşağa görə susduq. Lakin  mən açıqlamalı oldum. Bir ilə yaxındır ki, münasibətimiz bitib. Ümumiyyətlə evlənmək fikrim yox idi.

Ailə qurduq. Sonradan  müəyyən problemlər yarandı. Nə mənim səhvimdir, nə də onun. Başa düşdük ki, bizim mehriban ailə kimi  qalmağımız mümkünsüzdür. Əvvəl fikirləşirdik ki,  ikimiz də sənət adamıyıq, bir yerdə çalışarıq, yaxşı olar. Anladım ki, həyat prinsiplərimə uyğun gəlmir.  Evliliyimdən bir manatın belə sahibi olmamışam.

Duetlərimizi çıxartsam,  maşınımı da, evimi də dəyişə bilərdim. Lakin etmədim. İstədim bilsinlər ki, bəzi tanınmışlar kimi ona görə evlənməmişəm. Hər şey çox gözəl başladı. Düşündüm ki, bizi kimsə ayıra bilməz. Heç bir ailənin dağılmasını istəmirəm.  Uşağıma yoxluğumu hiss etdirməyəcəm. Fikrimcə, imkan verilməlidir ki, ailə qurulsun. 

Hər insana, cütlüyə, övlada azadlıq lazımdır. Hərə bir fikir deyəndə düşüncələr qarışır.  Natavanın əvəzindən nəsə deyə bilmərəm. Öz fikirlərimi dilə gətirdim. Ona qarşı sevgim qalmayıb. Geri qayıtmaq fikrim yoxdur.  Düşünürəm ki, şərait imkan verməz buna, alınmaz. Mən sülh tərəfdarıyam, səs-küy və davanı xoşlamıram”.

Qeyd edək ki, cütlüyün bu evlilikdən bir oğlan övladları var.