Polis Könül Xasıyevanı ölümün "caynağından" alıb

Xalq artisti Könül Xasıyeva “Onun sirri” proqramında çətin günlərindən söz açıb.
“Sherg.az” xəbər verir ki, sənətçi hətta bir vaxt oğlu ilə birgə intihar etmək istədiyini söyləyib:
“Kazım xəsətlənəndə mənim üçün həyat dayandı. Bir gecə çox düşündüm, yolun sonu olduğunu gördüm. Açıqlamaq istəmədiyim hadisələr oldu. Fikirləşdim ki, özümə qəsd etsəm, Kazımın taleyi necə olacaq. O da həssasdır, anaya bağlı uşaqdır. Sanki övladımı deyil, ürəyimdə daş parçası götürdüm. Dedim, Kazım, hava almağa çıxıram, istəyirsən gəl. Geyindirdim, əlindən tutdum, dənizin qırağına tərəf getdik. Bunların heç birini hiss etməmişəm. Adımı eşidəndə ayıldım, diksindim. Özümə gələndə gördüm dənizin qırağındayam, bir polis işçisi dayanıb. Dedi ki, siz Könül xanımsınız? Dedim, hə. Soruşdu ki, burada nə edirsiniz? Söylədim ki, heç nə. Onda sonra qayıtdım gəldim”.