“Başımı çiyninə qoyub ağlayacağım kimsə yoxdur” 

Müğənni Manaf Ağayev növbəti açıqlaması ilə diqqət çəkib.
“Sherg.az” xəbər verir ki, həyatından və sənətindən bəhs edən ifaçı  bunları deyib:
“Bəlkə də,  məndən kövrək adam yoxdur, sadəcə sərt görünürəm. Çünki haqqı nahaqqa vermirəm. Bəzən ağlayıram. Lakin başımı çiyninə qoyub ağlayacağım kimsə  yoxdur”.