Tolik: "Xoşqədəm qalibdir"

Prodüser Tarix Əliyev (Tolik) aparıcı Xoşqədəm Hidayətqızı ilə fotosunu paylaşıb.

“Sherg.az" xəbər verir ki, o,  paylaşıma bu sözləri yazıb:

“Öz dərdinə yanmaqdansa, Xoşqədəmlə mənim dərdimi çəkir. Ay yazıq bəndə, ikimiz də “Xəzər” Tv-nin ştatda olan əməkdaşlarıyıq. Bizi axşam çağırıb, günorta yola salmayıblar. Amma həzm edə bilmədilər. Həqiqətən Xoşqədəm  qalibdir.  Necə od qoymuşamsa, hələ də tüstüsü gəlir. Özü ortalıqda qaldı, çağırdılar, sonra qovdular. Elə bilir hamı onun kimi hörmətsizdir”.

Qeyd edək ki, X.Hidayətqızının “Xəzər” Tv-dən ayrılması ilə bağlı xəbərlər yayılıb.