Niyam Salami: "Samiri özümə dost hesab etmirəm"

Müğənni Niyam Salami “Onun sirri” proqramında həmkarı Samir Piriyevlə arasında baş verən olaylara aydınlıq gətirib. O, bir vaxt Bodrumda restoran açmaq istdəyini xüsusi vurğulayıb.

“Sherg.az” xəbər verir ki, sənətçi bu işi S.Piriyevlə planlaşdırdığını deyib:

“Biz onunla yol yoldaşı olduq. Ailəsinə,  kişiliyinə, mənliyinə kimsə bir söz deyə bilməz. İkimizin də səhvi olub. Verdiyim qiyməti onda görmədim. Bodrumda dedi ki, restoranda iynə atsan, yerdə tapa bilməzsən. Gördüm ki, belə deyil. Türkiyəyə getməyimi dostlarım istəmirdilər. Mənim arzum var idi. Qonaqpərvər adamam,  öz məkanımın olmasını istəyirdim. İndi Samiri özümə dost hesab etmirəm”.

Proqramın aparıcısı Lətafət Ələkbərova Niyamın restoranın bir neçə günlük gəlirini götürüb qaçması ilə bağlı iddiaların olduğunu söyləyib. Müğənni həmin ittihamları cavabsız qoymayıb:

“Restoran açılmadı axı, haradan pul  götürə bilərəm? Əvvəl hər deyilənə, vədlərə inanırdım. İndi müəyyən sərhədlərim var.  Bu məsələdə xırda detallar mövcuddur. Mənim qardaşım təmannasız aşpaz, dostlarım fəhlə işlədilər. Gördüm ki, burada başqa hadisələr baş verir. Qardaşım yol pulu alıb qayıdıb. O da heç min lirə deyildi. Hətta bilet pulunu da mən verdim”.