Müğənni: "Qorumayan peyvəndi niyə vurdurum?"

Türkiyəli ulduz Yıldız Tilbənin növbəti açıqlaması gündəm olub.

“Sherg.az” xəbər verir ki, müğənni vaksinasiya ilə bağlı danışıb. O, bu sözləri deyib:

“Qorumayan bir peyvəndi niyə vurdurum? Sübut edilməmiş, istehsalçılarının belə məsuliyyəti öz üzərinə götürmədiyi, “nəsə olsa, məsul deyilik” dediyi vaksini nə üçün vurdurum?  Dörd doza vaksin qorumursa, 44 dəfə vurulacaq? Biz nə edirik?".