Xalq artisti mərhum xanəndə haqda: "Ürəyi qədər səsi də gözəl idi"

Xalq artisti Gülyaz Məmmədova koronavirusdan dünyasını dəyişən xanəndə Tuqay İsmayılovdan yazıb.

“Sherg.az” xəbər verir ki, o, İnstaqram hesabında bu sözləri qeyd edib:

“Tuqayın ürəyi qədər səsi də gözəl idi. Bir il mənim sinfimdə oxudu. Xalq artistimiz Mənsum İbrahimovun da tələbəsi olub. Gülyanaq Məmmədovayla Təyyar Bayramovdan da dərs alırdı. Bir an dayanmırdı, öyrənirdi.  Bütün xanəndələrin, müəllimlərin, müğənnilərin sevimlisi idi. Bakı Humanittar kollecində müəllim işləyirdi. Tez-tez məsləhət alırdı, hamımızdan bəhrələnirdi. Deyirdim ki, savadlı müəllim, peşəkar ifaçı adını almağa  hazırsan. Otuz beş yaş insan ömrünün ən gözəl çağları sayılır. Heyif  səndən əziz balamız, qardaşımız, gözəl səsli xanəndəmiz, məkanın cənnət olsun”.