Vüsalənin mərhum qardaşının GÖRÜNTÜLƏRİ-FOTOLAR

Aparıcı Vüsalə Əlizadənin  avtomobil qəzasında dünyasını dəyişən qardaşı Əlihüseyn Əlizadənin görüntüləri yayılıb. 

"Sherg.az" xəbər verir ki, onun fotolarını müğənni Günel Məhərrəmova paylaşıb. O, posta bir qeyd də yazıb:

"Bu dini mahnını Əli Ələsgərin xatirəsinə oxumuşduq. Nə biləydik ki, indi sənin fotolarınla birgə paylaşacam. Vaxtsız gedişin hamını ağlatdı. Yoxluğuna tək ailən deyil, səni tanıyan hər kəs yandı. Çox çətindir. Bəlkə də bu ağrı, acı zamanla az da olsa keçər. Sən vaxtsız gedişinlə ailənin ürəyini dağladın. Bu gün ölümündən 7 gün keçir. Allahdan sənə rəhmət diləyirəm, əziz qardaş".