Aktrisa: "Öldürülən qadınlar əxlaqsız deyillər"

Xalq artisti Naibə Allahverdiyeva qadın qətllərinə etiraz edib. O, Bərdədə bacısının başını kəsən qardaş haqda yazıb. 

"Sherg.az"ın məlumatına görə, aktrisa Feysbuk profilində bu sözləri qeyd edib:

"Qardaş bacısının "namus" üstündə başını kəsib. Qadınlar daha qız övlad dünyaya gətirməsinlər"?

O, bir istifadəçinin " Qadınlarımız da özlərini yaxşı aparmırlar" şərhini cavabsız qoymayıb:

"Dünya yaranandan kişilər özlərini yaxşı aparmırlar. Müharibələri , xəyanəti ,qadına qarşı zorakılığı onlar edirlər! Feminist deyiləm, amma reallıq budur! Öldürülən qadınlar əxlaqsız deyillər. Biz sivil dövlet qurmuşuq, lakin cəmiyyətimizdə  bəzi ailələrdə cəngəllik qanunları hökm sürür".