Səidədən peyvəndə etiraz: "Bəlkə, hamımız “zombiləşdik”

Bir neçə gün öncə türkiyəli sənətçi Yıldız Tilbə “Məni qorumayan bir peyvəndi niyə vurdurum?” deyərək vaksinasiyaya etiraz edib.
Əksəriyyət müğənninin haqlı olduğunu düşünüb.
“Sherg.az” xəbər verir ki, Səidə Sultan da həmkarını dəstəkləyib. O, İnstaqram hesabında bunları yazıb:
“Kim mənə zəmanət verə bilər ki, peyvəndin beş-on ildən sonra fəsadları üzə çıxmayacaq? Bəlkə, hamımız “zombiləşdik”. İmkan verin, həyatımızı yaşayaq, öz-özümüzün qayğısına qalaq. Əvvəl dedilər ki, məcburi deyil. İndi niyə məcburdur? İnanın ki, bizim canımızı özümüz qədər sevə bilməzsiniz”.