Nigar Şabanova evlənib? – Aydınlıq gətirdi

Əməkdar artis Nigar Şabanova bir müddət öncə koronaya yoluxub. Sənətçi Instaqram hesabında səhhəti haqda zaman-zaman paylaşımlar edir.
“Sherg.az” da xanəndənin özü ilə əlaqə saxlayaraq, son sağlıq durumunun necə olduğunu öyrənib. N.Şabanova bu sözləri deyib:
“Bir gün yaxşı, beş gün pis  oluram. Artıq iyirmi gündür, tam sağala bilmirəm. Anam  səhv müalicə nəticəsində insult keçirib, komada yatdı. Hələ ki, yaxşı deyil, yarası sağalmır ki, fizioterapiya olunsun”.

N.Şabanova evlənməsi ilə bağlı xəbərlərə də aydınlıq gətirib:

“Rəsmi nikahımız yoxdur. Dəniz kənarında istirahətdə idik, oranı Mərakeş biliblər. Hələ nişanlıyıq. Korona bitsə, lap yaxşı olarıq”. 
Qeyd edək ki, N.Şabanova hərbçi bəylə nişanlıdır.