Nigarla Eldar evlənib ayrılıblar? - Açıqlama   

Eurovision 2011 qalibləri Nigar Camal və Eldar  Qasımovu zaman-zaman sevənləri tərəfindən bir-birlərinə yaraşdırılırlar. Bəzən onların sevgili, yaxud da evli olduğu düşünülür.
“Sherg.az” xəbər verir ki, xanım müğənni növbəti dəfə həmkarı ilə videosunu İnstaqram hesabında paylaşıb. Ona bir izləyicisi “ Evlisiniz?” sualını ünvanlayıb. N.Camal isə həmin istifadəçiyə yumorla cavab verib:
“Yox. Yeni boşanmışıq(gülümsəyir)”.