Seda Sayan evlənmək istəyir:"...Niyə də ərə getməyim?"

Türkiyəli müğənni Seda Sayan növbəti açıqlaması ilə diqqət çəkib.
O, yenidən evlənmək istədiyini söyləyib.
“Sherg.az” xəbər verir ki, sənətçinin  bu sözləri gündəmə bomba kimi düşüb:
“Qarşıma adam kimi biri çıxsa, niyə də ərə getməyim? Yeddi rəqəminin gözəl əlamətləri var. Yeddinci şəxsi tanımalıyam, yaşamalıyam.  Bu günə qədər hanssıa kişi mənə səhər yeməyi hazırlamayıb. Məni xoşbəxt etmək çox asandır.  Böyük hədiyyələr gözləmirəm”.
Qeyd edək ki, müğənninin futbol şərhçisi Sinan Enginlə evliliyindən bir oğlu var. O, ümumilikdə 6 dəfə ailə həyatı qurub.