Könül Kərimova koronaya yoluxub: "....ciddiyə almırdım"

Müğənni Könül Kərimova koronavirusa yoluxub. 


"Sherg.az" xəbər verir ki, bu haqda sənətçinin özü İnstaqram hesabında yazıb.

O, bunları söyləyib:

"Neçə vaxtdır ki, mənə görə narahat idiniz. Bəli, narahat olmağa dəyərdi. Şükür ki, sağ-salamatam. Həqiqətən sizdən çox uzaq idim. Dostlar, 16 gündür COVID-19 xəstəliyindən əziyyət çəkirdim. Evdə yatırdım. Bu virus məndən də yan keçmədi. Çünki ciddiyə almırdım. Nəhayət ölümlə üz-üzə qaldım".