Məhərrəmlikdə toylara gedən müğənnilər... - FOTOLAR

Müğənni Manaf Ağayev nəvəsinin doğum gününü dəbdəbəli qeyd edib.
“Sherg.az” xəbər verir ki, o paytaxtdakı restoranların birində nəvəsi üçün məclis təşkil edib. Yığıncaqda Gülay Zeynallı, Şəbnəm Tovuzlu, Afət Fərmanqızı kimi həmkarları səhnə alıblar. Həmçinin Fatimə Fətəliyeva, Günel Ələkbərova, Zenfira İbrahimova kimi sənətçilər də qonaq olublar. Onlar, doğum günündən foto-videoları İnstaqram hesablarında paylaşıblar. Lakin izləyicləri müğənniləri tənqid atəşinə tutub.
“Gulunun_alemi” yazır: “Məhərrəmlik ayında nə toy, nə yığıncaq”?
“Saadatbudagova”: “Şəbnəm deyirdi ki, Məhərrəmlikdə toylara getmirəm. Bəs niyə gedib?".