Xatirə Rəqsanədən yazdı:"Bəlkə də, qürbətdə yaşayan hər kəs belədir" - FOTO

Rusiyaya yollanan  müğənni Xatirə İslam uzun müddətdir orada yaşayan həmkarı Rəqsanə İsmayılovanın evində qonaq olub.
“Sherg.az” xəbər verir ki, o, R.İsmayılova ilə fotosunu paylaşaraq bunları yazıb:
“Rəqsanənin ailəsi möhtəşəmdir. Onu dünən yenidən kəşf etdim. Baxmayaarq ki, biz 20 il eyni binada yaşamışıq. Çox səmimi, qonaqpərvərdir, içdən uşaq kimi sevinirdi. Bəlkə də, qürbətdə yaşayan hər kəs belədir. Vətəndən kimsə gələndə kövrək olurlar. Bizim münasibətimiz uzun illərə dayanır, anasını öz anam kimi sevmişəm. Bilmirəm, nəyi deyim, nədən danışım. Mən çox sevindim,  məmnun oldum ki, onun belə ailəsi və istiqanlı balaları var. O böyük ailədə hər kəs əlindən gələni etdi ki, bizim ürəyimizcə olsun. Fazil bəylə xoşbəxt olun, evinizə oğlunuzun toyuna gələk.  Özümə dedim ki, Xatirə Bakıya çatan kimi get, Rəqsanənin anasını öp, bağrına bas. Balaları çox uzaqdadır, o ananı 20 il əvvələ qaytar”.