Xuraman məhərrəmlikdə toylara "yox" dedi, Murad isə... 

Son günlər Məhərrəmlik ayında toyların keçirilib-keçirilməməsi məsələsi müzakirə olunur. Bu mövzu haqda sənət adamları da fikir bildiriblər. Onların bir qismi Məhərrəmlikdə toyların keçirilməsini məqbul sayır. Lakin bunun doğru olmadığını düşünənlər də var. Məsələn, müğənni Xuraman Şuşalı bu ayda toyların, şənliklərin olmasını doğru hesab etməyib. Hətta özünə gələn təklifləri rədd etdiyini söyləyib.
Müğənni-bəstəkar Murad Arif də məsələyə Feysbuk profilində münasibət bildirib.
“Sherg.az” xəbər verir ki, o, bunları yazıb:
“Son həftələrin müşahidəsi onu göstərir ki, toylar dayanmadı. Artıq rəsmən deyə bilərik ki, Azərbaycanda bir tək Ramazan ayında məclislər azalır. Hər kəsin inancına hörmət etmək gözəl duyğudur. Qoy, hər kəs də özünə, ürəyinə yaxın olan dəyərlərini evində, çevrəsində yaşatsın, başqalarının həyatına, seçiminə qarışmasın. Mehribanlıq və sevgiylə qalın”.