Tolikdən "kişilik dərsi":  "Kişilik pul ilə alınmır ki..." 

"Kişilik pul ilə alınmır ki.. "TikTok"da özünüzü kiməsə göstərib, öz aləminizdə guya bomba oğlansınız".
"Sherg.az" xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) İnstaqram hesabında yazıb. O, qalmaqallı statusuna davam edərək bunları deyib:
"Kimlərisə jetonla alıb özünüzə oliqarx dedizdirə bilərsiniz. Belə ürəklisinizsə, o jetonun pulunu xəstələrə, imkansızlara verin. Axirətdə TikTokdakı əxlaqsızlar sizə kömək olmayacaq. Ona görə bu gündəsiniz".