"Həyatı alt-üst oldu"

Sevgilisi Deniz Bulutsuzu döyməsi iddiası ilə məhkəməlik olan aktyor Ozan Güvenin son halı təəccübləndirib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, qalmaqalların ardından aktyor Leventdəki evindən ayrılaraq Bodrumda məskunlaşıb. Ozanın maddi çətinliklər yaşadığı bildirilib.

Köhnə geyimdə görüntülənən Ozanın ünvanına "Həyatı alt üst oldu" tipli şərhlər yazılıb.