Ayrılıq xəbərlərinə Nəsiminin şeiriylə cavab verdi 

Xəbər verdiyimiz kimi, bu gün azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin türkiyəli sevgilisi Gökhan Alkanla münaqişə edərək ayrıldığı iddia olunmuşdu.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor fotosunu paylaşaraq İmaməddin Nəsiminin şeiriylə ayrılıq xəbərlərini yalanlayıb:

"Dedilər ki: Ya Nəsimi, yarın ilə xoşmusan?
Xoş olayım, olmayayım, yar mənimdir, kimə nə?".

Qeyd edək ki, bir müddət əvvəl nişanlanan cütlük sosial şəbəkələrdə də biri-birini izləyir və birgə fotoları da səhifələrindədir.