Şəbnəm:“Qazilər, şəhid ailələri dəvət edəndə getmişəm"

Müğənni Nüşabə Musayeva yaxın günlərdə həmkarlarına çağırış edib. O, ifaçıları qazilərin, şəhid ailələrinin məclislərində təmənnasız iştirak etməyə səsləyib. Sənətçi təkbaşına bütün dəvətlərə qatıla bilmədiyini, gündə 3-4 qazi toyunda iştirak etdiyini söyləyib. N.Musayeva aksiyasına digər müğənnilərin də qoşulmasını istəyib.

 “Sherg.az”la həmsöhbət olan Şəbnəm Tovuzlu mövzu haqda bunları söylədi:

 “Hər zaman qazilərimiz, şəhid ailələri dəvət edəndə getmişəm. Bunu nümayiş etdirməyə ehtiyac yoxdur. Belə məclislərdən qalmıram. Yardımımız da öz yerində olur. 

Təbii ki, getməliyik, borcumuzdur. Sıravi yoxsul, imkanı olmayan insanların da məclislərində təmənnasız iştirak etmişik. 

Mən on ildir  oxuyuram. Kiminsə fikri ilə getməmişəm. Öz fikirlərimlə hərəkət etmişəm, bunda da uduzmuram. 

Etdiyimi edirəm. Hər kəs məni tanıyır, Allah görür. Kiminsə düşüncəsi mənim üçün önəmli deyil”.