Rəqsanədən Xatirəyə: "O da mənim kimi..." 

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadə ilə birgə Rusiyada yaşayan həmkarı Rəqsanə İsmayılovanın evində qonaq olub.
“Sherg.az” xəbər verir ki, R.İsmayılova X.İslam, F.Musazadə və öz həyat yoldaşı Fazil bəylə fotosunu paylaşaraq bu sözləri yazıb:
“Daim özümə və ətrafımda olan insanlara xeyirli övladlar, gözəl ailə arzulamışam. Ailə həyatda hər şeydən irəlidədir. Mən öncə həyat yoldaşıyam, anayam. Allah hamının, o cümlədən uzun illərin sadiq dostu Xatirənin ailəsini qorusun. O da mənim kimi həyatda  hər şeyi öz zəhməti ilə qazanıb. Gözəl ürəyi olduğuna görə, ona təmiz qəlbli həyat yoldaşı nəsib olub. Çalışın həyatda insanlara gözəl günlər arzu edin, paxıl olmayın. Allah ürəyinizə görə verəcək”.