Tolik də fəxri ad istəyir: "Əməkdar incəsənət işçisi..."

Prodüser Tarix Əliyev (Tolik) haqda xəbər paylaşan İnstaqram səhifələrindən biri kobud səhvə yol verib. Onun adını “Xalq artisti Tarix Əliyev” kimi qeyd ediblər.
“Sherg.az” xəbər verir ki, Tolik sözügedən paylaşımı şəxsi hesabında yerləşdirərək bunları yazıb:
“Çox sağ olun, amma mən xalq artisti deyiləm. İnşallah əməkdar incəsənət işçisi olaram. Lakin xalq artisti titulu mənə olmaz”.