“Özünü həlak edib  kölgənə çevrilir” – Xalq artisti kimə “söz atdı?”

Xalq artisti Firəngiz Mütəllimova İnstaqramda növbəti dəfə paylaşım edib. Onun yazdıqları izləyicilərinin marağına səbəb olub.
“Sherg.az”ın məlumatına görə, aktrisa bunları söyləyib:
“Kimlərisə, nələrisə boş verin. Bu həyat bizə nələr yaşatmadı, nələr görmədik ki... Necə sevindik, bəzən də hönkürüb ağladıq. Çünki həyatın yolları çox keşməkeşlidi. Allah səmimi, xoş niyyətli  insanları bizdən uzaq eləməsin. Həyatda ən xoşuma gəlməyən kiminsə səni yamsılaması, özünü sənə oxşatmasıdır. Bir sözlə özünü həlak edib  kölgənə çevrilməsidir.  Tanrı hər kəsi bildiyi kimi yaradır. Bunu da unutmayaq”.