Aşıq Samirə verilişi tərk edib

Aşıq Samirə Əliyeva aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Tanınmış aşıq “Onun sirri” proqramında qonaq olub. L.Ələkbərova ona keçmiş həyat yoldaşı ilə bağlı sual ünvanlayıb. 
“Şərq” xəbər verir ki, Samirə mövzu haqda bunları söyləyib:
“Bu barədə yetəri qədər açıqlama vermişik. Biz düşmən kimi ayrılmamışıq. Həmişə çalışmışam ki, qapalı olum. O dövrdə isə açıqlama verməli oldum. Sırf başqa donlar geyindirməsinlər deyə danışdım və məsələni bağladım. Düşünürəm ki, olub qurtarıb, indi danışmaq istəmirəm. Hər halda özümə hörmət edən adamam. Qarşılıqlı bir-birimizə sayğılı olaq. Məni şəxsi həyatım barədə danışmağa nəsə vadar edə bilməz”.
Aparıcı sənətçi ilə razılaşmayıb. Verilişin qaydalarına uyğun sualları cavablandırmalı olduğunu bildirib. Bu zaman aşıq Samirə verilişi tərk edib.

Samirə