Afət keçmiş ərindən DANIŞDI: "İlk dəfə bir diplomat pulu onda görmüşəm"

"Keçmiş həyat yoldaşımın çox pulu var idi. Evləndik, o pulu mənə xərcləmədi, bir kofta belə almırdı".
"Sherg.az" xəbər verir ki, bu sözləri "Həmin Zaur" proqramında qonaq olarkən müğənni Afət Fərmanqızı söyləyib. O, keçmiş həyat yoldaşının varlı olduğunu xüsusi vurğulayıb:
 "Mən ilk dəfə bir diplomat pulu onda görmüşəm, Rusiyada işləyirdi, oradan gətirdi. Amma mənə pul qıymadı, ayrıldım. Bu taxdığım boyunbağı, sırğa hamısı brilliantdır. Bədənim "bjuteriya"nı götürmür. İyirmi ildir oxuyuram, alıram. Çoxunu hədiyyə ediblər, fanatım bağışlayıb".

Samirə