"Özüm-özümü aldatmaqdan bezdim"

Xanəndə atasızlığın ağrısını yaşayır

Xanəndə Kamilə Nəbiyeva bir müddət öncə vəfat edən atası Tahir Nəbiyevdən yazıb. 
“Şərq” xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb:

“Sənin üçün çox darıxıram, səsin gəlir hərdən, tez həyətə düşürəm. Deyirəm, bəlkə gəlmisən, ata. Özüm-özümü aldatmaqdan bezdim. Yoxluğun necə ağır imiş, sənə qovuşacağım günü səbirsizliklə gözləyirəm, mənim dünyam”.