Elnurdan Vüsaləyə:"Yerin ürəklərdədir"

Aparıcı Vüsalə Əlizadə aylar sonra ekrana qayıdır.
“Sherg.az” xəbər verir ki, o “7 canlı” verilişi ilə yenidən efirdə olacaq. Bu xəbərə aparıcının dostları xüsusilə sevinib. Müğənni Elnur Məmmədov İnstaqram hesabında bunları yazıb:
“Doğru addım atdın, əziz insan. Həyat davam edir, zatən hər kəs sənin nə düşüncəyə malik olduğunu çox gözəl bilir. Sən xalqımızın sevimli aparıcısısan, yerin ürəklərdədir”.
Xatırladaq ki, aparıcı hərbçi qardaşı Əlihüseyn Əlizadə avtomobil qəzasında dünyasını dəyişdikdən sonra ekranlardan uzaqlaşıb.