Zümrüddən xalq artistinə etiraf: “Platonik eşqi sizinlə yaşadım...”

Aparıcı Zümrüd Bədəlova “Xəbər -ətər” proqramında xalq artisti Nurəddin Mehdixanlı ilə bağlı bir etiraf edib.

“Sherg.az” xəbər verir ki, o bir vaxt aktyora aşiq olduğunu açıqlayıb:

“Nurəddin müəllim, çox yaraşıqlı idiniz. Hər gün sizə görə, teatra gedirdim. “Aydın” tamaşasında rol alırdınız, elə bilirdim ki, adınız Aydındır. Sırf sizin üçün həmin tamaşanı dəfələrlə izləmişəm. Yəni platonik eşqi sizinlə yaşamışam. O vaxt bilməzdim ki, televiziyada çalışacam və siz aparıcısı olduğum proqramda qonaq olacaqsınız. Ona görə çox xoşbəxtəm”.