Mələkxanımla izləyicisi arasında “söz dueli”:“Başqa nə geyinmək olardı?!”  



Xalq artisti Mələkxanım Əyyubova ilə izləyicisi arasında qalmaqal yaşanıb.
“Sherg.az” xəbər verir ki, sənətçi Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” tədbirində iştirak edib. Bununla bağlı sənətkar İnstaqram hesabında yazıb:
“Tədbir məktəbin məzunu şəhid kapitan Həmid Cəfərlinin xatirəsinə həsr olunub. Qəhrəmanımıza həsr olunan kitabın təqdimat mərasimi keçirildi”.
Sənətçi tədbirdə “Sarı Bülbül” mahnısını ifa edib. Bir sosial şəbəkə istifadəçisi paylaşıma “Səsiniz də, özünüz də gözəlsiniz, amma bu geyimlə həmin mahnını oxumağınızı heç yaraşdırmadım” şərhini yazıb. Xalq artisti izləyicinin sözügedən şərhini cavabsız qoymayıb:“Mənim ordakı göz yaşlarımı görmədiniz, amma geyimimə baxdınız. Şəhid ailəsinin və əsgərlərin qarşısında sadə geyinmişəm. Başqa nə geyinmək olardı?!”