Məşhur aktrisa qızının fotosunu heç paylaşmamışdı

Türkiyənin məşhur cütlüyü – Bərgüzar Korel və Halit Ergencin 3-cü övladları dünyaya gəlib. Körpənin dünyanın gəlməsindən artıq bir müddət keçsə də, Bərgüzar Korel qızının fotosunu heç paylaşmamışdı.

 Bu günlərdə isə aktrisa, görünür yorğunluğuna artıq qalib gəldiyindən pozitiv enerji ilə körpə qızı Leyla ilə birgə fotosunu instagram hesabında paylaşıb. Bərgüzar Korelin yorğunluğu çətin keçirdiyi hamiləliyi və ağır keçən doğuşla bağlı idi.

 Leyla xoşbəxt evlilikləri 12 ildir davam edən Bərgüzar Korellə Halit 
Ergincin üçüncü övladıdır. Aktrisanın payıaşdığı foto izləyicilər tərəfindən çox bəyənilib. Aktrisa qızını çox çətinliklə dünyaya gətirdiyini deyib: 

“Evdən çıxarkən “səhər saat 10-a qədər ancaq dünyaya gələr”, deyə düşünürdüm. Həkimim “körpənin doğumunun gecikməsinin bir səbəbi var.  Göbək bağı boynuna dolanmış ola bilər”, demişdi.   Qızımın gəlişi gecikirdi. Xəstəxanada 11 saat sancı içində qalmışam. Nəhayət, düşündüyüm kimi səhər saat 10-na yaxın qızım dünyaya gəldi, göbək bağı boğazına dandığından qucağıma da ala bilmədim. Körpənin başı da “tərs” idi. Yəni, anlayacağınız, yerə yox, göyə baxaraq gəldi Leylamız”.

 Bərgüzar Korel ona yardım göstərən həkimlərə də minnətdarlıq edib.