Azərbaycanlı aktrisadan etiraz: "30, 50 manat təklif edirlər, heç olmasa 100 verin"

Aktrisa Telli Hüseynova seriala çəkilməməyinin səbəbini açıqlayıb.

"Sherg.az"ın məlumatına görə,  "7 Canlı" verilişinin qonağı olan  T.Hüseynova seriallardan gələn təkliflərə aydınlıq gətirib:

"Seriallardan çox cüzi miqdarda qonorar müqabilində bir-iki dəfə təklif gəlib.  Elə pul dedilər ki, evdən çıxmağa dəyməzdi. Mənim kimi insana 30, 50 manat necə təklif edirlər? 28 ildir səhnədəyəm.  Lap kiçik epizod olanda heç olmasa, 100 manat verin. Ona görə də getmirəm".