Aygün Kazımovaya qeyri -adi doğum günü hədiyyəsi... - FOTOLAR

Sabah xalq artisti Aygün Kazımovanın doğum günüdür.
“Sherg.az” xəbər verir ki, ifaçının sevənləri ona maraqlı hədiyyə ediblər. Sənətçi “İnstagram” səhifəsində pərəstişkarlarının hədiyyəsini izləyiciləri ilə bölüşüb. A.Kazımova paylaşdığı fotoda bu sözləri qeyd edib:

“Doğum günümə özəl olaraq, “Aygün Fan Club”dan qeyri –adi bir doğum günü hədiyyəsi aldım. Bu dəfə fanatlarım mənim üçün “AYGÜN Bağı” saldılar. Mən də “50+1” aksiyasında iştirak etdim və ağac əkdim. Aksiyada iştirak edən pərəstişkarlarıma, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllülərinə və ümumilikdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.