Manafdan Dil Komissiyasına“Bayağı mahnı yoxdur..."

Müğənni Manaf Ağayev Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı “Mahnılarımız monitorinq aynasında” adlı kitabında öz əksini tapan nöqsanlar haqda danışıb. 

Bu barədə ifaçı “Sherg.az”a açıqlama verib. Çox danışa bilməyəcəyini söyləyən müğənni bu fikirləri səsləndirib:

“Bayağı mahnı yoxdur, bayağı müğənni var. Mahnıların hamısı qəşəngdir. Zərərli vərdişlərin təbliği təbii ki, ola bilməz. Müasir mahnılardır, oxuyurlar”.

Qeyd edək ki, sözügedən kitabda Pərviz Bülbülə, Üzeyir Mehdizadə, Türkan Vəlizadə kimi müğənnilər bayağı mahnılar təqdim edən ifaçılar siyahısındadır. Bundan əlavə zərərli vərdişləri təbliğ edən, özünə qəsdə sövq edən mahnılar siyahısında da Günay İbrahimli, Şəbnəm Tovuzlu, Səmra Rəhimli kimi müğənnilərin adı çəkilir.